Yarandığı dövrdən etibarən biznesin inkişafına yardım etməklə bərabər, şirkətimiz mühasibat xidmətləri portfelini genişləndirmiş və beləliklə, getdikcə mürəkkəbləşən işgüzar mühitin tələblərinə uyğunlaşmışdır.  Mövcud biznesin uğurlu olma səbəbi nədir? Biznesin genişlənməsi üçün sahibkar mütləq tam dəgigliklə bugün apardığı biznesin əsas uğur səbəbini başa düşməlidir. O bilməlidir ki, onun uğurunun səbəbi nədir. Bu suallın cavabı olmadan və ya yalnız olduqda biznesi genişləndirmək böyük riskdir. Uğurlu olma səbəblərinə görə biznesin tirajlanmasının mümkün olub olmamağı müəyyən edilə bilər. Vacibdir ki, nəyin və niyə baş verdiyini bilək. Bunu bilmədən biz səhv addımlar ataraq, böyük pullar itirə bilərik. Müəyyən olunmuş səbəb təyin edildikdən sonra, bu səbəbin yeni istiqamətə tirajlanması mümkün olub-olmamağını təyin etmək lazımdır.